"...Nəticənin təmin olunmadığını nəzərə almayan Rusiya rəsmiləri elə bu gün də yalan təbliğata on milyardlarla dollar xərcləyir”,
SİA-nın “UNİAN”-a istinadən verdiyi məlumata görə,bu fikirləri Ukrayna prezidenti Vladimir Zelenski növbəti videomüraciətində səsləndirib.
“...Bu gün Rusiyanın güclü dövlət kimi hansı təbliğat sistemi qurduğunu yaxşı bilirsiniz”-deyən Zelenski Rusiya Federasiyasının buna on milyardlarla dollar xərcləyib və xərclədiyini bildirib.
“Yəqin ki, dünyada heç kim sərsəm yalana bu qədər pul xərclənməyib. Amma bunlar xərcləsələr də, təkcə bir şeyi nəzərə almayıblar. Onlar nəzərə almayıblar ki, harada ki, yalanın yolunu pulla çəkirlər, o zaman nəticəyə zəmanət verilmir”
Qeyd edək ki, Zelenski gələn həftə Ukraynanın maraqları naminə bu “vacib işi” davam etdirəcəyini də bildirib.
Yeri gəlmişkən bildirək ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə gələn Latviya Respublikası Seyminin sədri İnara Murniece, Litva Respublikası Seyminin sədri Viktoriya Cmilyte-Nielsen və Estoniya Respublikasının Riyqikoqa rəhbəri Yuri Ratas ilə görüşüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB