Yaponiya Ukrayna yardım edən ölkələrə də yardım göndərəcək

Yaponiya Ukrayna yardım edən ölkələrə də yardım göndərəcək

Yaponiya Ukraynaya və bu ölkəyə yardım edən qonşularına 100 milyon dollarlıq humanitar yardım göndərəcəyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, martın 24-də Belçikanın paytaxtı Brüsseldə keçirilən G7 Liderlər Zirvə toplantısında çıxış edən Yaponiyanın Baş naziri Kişida Fumio fevralın 24-də Rusiyanın Ukraynaya başlatdığı müharibənin təsirlərinə toxunub.

Müharibənin dünyanı beynəlxalq nizamın təhlükə altında olduğu tarixi dönüş nöqtəsinə gətirdiyini bildirən Kişida beynəlxalq ictimaiyyətin bu vəziyyətlə həmrəylik içində və qətiyyətlə mübarizə aparmalı olduğunu qeyd edib.

Rusiya-Ukrayna müharibəsinin qlobal iqtisadiyyata təsirinə işarə edən Kişida müharibənin enerji və ərzaq qiymətlərinin artmasına səbəb olduğunu ifadə edərək, G7-nin iqtisadiyyatları və enerji təhlükəsizliyini dəstəkləmək üçün birlikdə çalışmasının vacib olduğunu vurğulayıb.

Kişida Rusiyanın başlatdığı müharibə qarşısında Ukraynaya və Ukraynaya yardım edən qonşu ölkələrə 100 milyon dollarlıq humanitar yardım göndərəcəklərini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə