Rusiyaya qarşı sanksiyalar sərtləşdirilir

Rusiyaya qarşı sanksiyalar sərtləşdirilir

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqının Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yan keçməyin mümkünsüzlüyünə ciddi yanaşmaq qərarına gəldiklərini bildiriblər.

SİA “UNIAN” saytına istinadən bildirir ki, tərəflər bu barədə Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının iki günlük sammitindən sonra keçirilən mətbuat konfransında bildiriblər.

İlk olaraq xanım Leyen vurğulayıb ki, Rusiyaya qarşı tətbiq edilən dörd sanksiya dalğası bu ölkəyə güclü zərbə vurub. Onun dediyinə görə, bu sanksiyalar Rusiya iqtisadiyyatına dərindən nüfuz edərək, müharibəni maliyyələşdirən ölkə resurslarını tükəndirir.

Avropa Komissiyasının sədri, bundan sonra rəhbəri olduğu təşkilatın bütün səylərini bu sanksiyaların həyata keçirilməsinə, rusların bu sanksiyalardan yayınma hallarının qarşısının alınmasına yönələcəyini bildirib.

Onun sözlərinə görə, hazırda 40-dan çox ölkə sanksiyalar tətbiq edib ki, bu da qlobal ümumi daxili məhsulun yarıdan çoxunu təşkil edir.

Öz növbəsində, Avropa Şurasının prezidenti Çarlz Mişel də qeyd edib ki, dörd sanksiya paketinin tətbiqi ilə bağlı qərarların icrası istiqamətində işlər bu gün də aparılır

Bu işlərdə müəyyən boşluqların olduğunu bilirən şura prezidenti bunun mümkünlüyünü də etiraf edib:

“...Ona görə də biz bu boşluqların çoxunu mümkün qədər tez bağlaya bildiyimizə əmin olmaq üçün komissiyalar yaratmışıq” - deyən Mişel sanksiyaların tətbiqində oxşar yanaşmaya riayət etmələrini təmin etmək üçün üçüncü ölkələrlə əlaqə qurmağın da vacibliyini etiraf edib.

“...Və biz əminik ki, qəbul edilən tədbirlər ağrılıdır. Bu, bizim ümumi məqsədimizdir. Biz onların Kreml üçün də ağrılı olmasını istəyirdik və bütün səylərimizi dəstəkləməyə, lazım gələrsə, tərəfdaşlarımızla birlikdə qərar verməyə hazırıq”-deyə Çarlz Mişel bildirib

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə