Pakistan prezidenti Arif Alvi ölkəsinin Kıbrıs məsələsində Türkiyəyə dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
‘‘Pakistan Radiosu’’nun yaydığı mәlumata әsasәn, Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər paytaxt İslamabadda prezident Alvi tərəfindən qəbul edilib.
Görüşdə Türkiyə ilə Pakistan arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin daha da güclәndirilmәsi, iki ölkәnin regional və beynəlxalq səviyyədə bir-birini dəstəkləmək mәsәlәsindәki qәtiyyәti vurğulanıb. Hər iki ölkə Əfqanıstanda sülhün əfqan xalqının rifah sәviyyәsini yüksәldәcәyi və regional ticarəti təşviq edəcəyi barədə razılığa gəliblər.
Prezident Alvi Kəşmir məsələsində verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Qeyd edәk ki, Yaşar Gülәr Pakistana etdiyi sәfәr çәrçivәsindә hәmkarı Nadim Rza və digәr komandanlarla da görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB