Doğrudanmı, Zelenski NATO-dan imtina edir?

Ukraynada yeganə dövlət dili Ukrayna dilidir və dövlət dili olaraq da qalacaq
Doğrudanmı, Zelenski NATO-dan imtina edir?

Rusiya və Ukrayna danışıqlar prosesinin altı bəndindən dördü üzrə konsensusa yaxındırkar. Qeyd edim ki, bu barədə Türkiyə prezidenti Ərdoğan NATO-nun növbədənkənar sammitində iştirak etdiyi Brüsseldən qayıtdıqdan sonra jurnalistlərə verdiyi açıqlamada bildirib: “Düşünürəm ki, danışıqlarda dörd bənd üzrə konsensus var”.

Qeyd edək ki, Ərdoğanın “konsensusa yaxın” kimi təqdim etditi dörd bənd aşağıdakılardır. SİA bu barədə “rambler”saytına istinad edir.

Birincisi, Rusiyanın Ukraynanın NATO-da olmaması tələbi. Deyilənə görə, guya prezident Zelenski NATO-ya daxil olmaqla bağlı imtinanın mümkünlüyünü bəyan etməyə başlayıb(?).

İkincisi, Ukraynada rus dilinin mühafizəsi… Yenə də guya Zelenski də bununla razılaşıb və indi rus dili artıq demək olar ki, bütün Ukraynada danışılacaq.

Üşüncüsu, Ukraynanın demilitarizasiyası. …Əlbəttə, Ukrayna müstəqil bir dövlətdir, ona görə hər hansı bir tərksilahdan söhbət gedə bilməz. Amma bu məsələdə anlaşılmaz məqamlar da yoxdur. Yəni, Ukrayna tərəfi bu məsələdə müəyyən güzəştlərə gedə biləcəyini bildirib . Deyim ki, bu da inandırıcı görünmür.

…Yeri gəlmişkən onu da deyim ki, hələlik bura qədər yazılanlarda daha çox rusların saytlarında yer alan yazılara istinad edilib.

…Danışıqların dördüncü bəndi kollektiv təhlükəsizliklə bağlıdır ki, yenə də deyilənə görə, Ukrayna bu məsələdə də ruslar üçün “müsbət yanaşma” nümayiş etdirib.

…Amma başqa məsələlərdə, yəni Krım və Donbassla bağlı danışıqlar demək olar ki, dalana dirənib.

Ərdoğanın etirafına görə, burada konsensus yoxdur.

Türkiyə prezidenti xatırladıb ki, Zelenski Rusiyaya “müəyyən kompromis formatları üzrə” referendum keçirməyi təklif edib. Moskva isə Ukraynanın Krımı Rusiya ərazisi, DXR və LXR-i isə “müstəqil dövlət” kimi tanımasını istəyir.

Yeri gəlmişkən Türkiyə prezidenti onu da qeyd edib ki, Ankara Ukraynada döyüşləri dayandırmaq üçün əvvəldən böyük səylər göstərib.

Onun sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putin və Zelenski ilə əlaqələri bundan sonra da davam etdirmək niyyətindədir. Təbii ki, bunlar öz yerində, amma…

…Maraqlıdır ki, bu arada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ərdoğanın Ukrayna mətbuatına verdiyi açıqlamanı təkzib edib. Belə ki, Kulebanın dediyinə görə, “…Türkiyə prezidentinin qeyd etdiyi dörd bənddə Rusiya ilə heç bir konsensus yoxdur(?). Xüsusilə, dil məsələsində… Ukraynada yeganə dövlət dili Ukrayna dilidir və dövlət dili olaraq da qalacaq”.

Kuleba həmçinin hesab edir ki, hazırda danışıqları nöqtələrə bölmək düzgün deyil, çünki nümayəndə heyətlərinin alt qrupları eyni vaxtda bir çox müxtəlif məsələləri müzakirə edirlər.

…Məsələn, Ukraynanın demilitarizasiyası məsələsi…burada Ukrayna özünə neytral silahsızlaşdırılmış dövlətin “Avstriya” və ya “İsveç” variantını təklif edir. Bu halda isə o, öz ordusunu saxlayacaq.

Qeyd edək ki, Kreml təkcə bu variantı “…həqiqətən də müzakirə olunan və kompromis qiymətləndirilə bilən variant” kimi dəyərləndirir. Amma maraqlıdır ki, danışıqlarda rus tərəfini təmsil edən Putinin köməkçisi Vladimir Medinski demilitarizasiya məsələsini də, tərəflərin “yarı yolda” qaldıqlarını deyir.

…Və bundan əlavə, Medinski Kiyev və Moskva nümayəndələrinin doğrudan da, Ukraynanın neytral statusu və NATO-ya daxil olmaması məsələlərində mümkün qədər yaxınlaşdlğını bildirib. Rus səlahiyyətlinin sözlərinə görə, "NATO blokuna qoşulmaqdan imtina edildiyi təqdirdə mövcud olanlardan əlavə" Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı nüanslar qalır.

...Gərək ki, NATO-ya üzv olmaq nə məsələdirsə, bu quruma üzv olmaq istəyən ölkələri yaman “çərlədir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə