Ukrayna Ordusuna böyük ziyan vurmuşuq

Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı hücumlarla bağlı açıqlama verib
Ukrayna Ordusuna böyük ziyan vurmuşuq

Rusiya gecə saatlarında operativ-taktiki hava hücumlarında Ukrayna ordusuna zərər verdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiyanın Ukraynaya gecə saatlarında həyata keçirdiyi hücumlar barədə məlumat verib. SİA bu barədə rus mətbuatına istinad edir.

Konaşenkov paytaxt Kiyevdə Ukrayna ordusuna aid yanacaq çəninin Rusiya ordusu tərəfindən məhv edildiyini bildirib:

“Martın 24-ü axşam saatlarında “Kalibr” yüksək dəqiqlikli dəniz qanadlı raketləri Kiyev yaxınlığındakı Kalınovka kəndindəki yanacaq anbarına zərbələr endirib. Ukraynanın mərkəzi hissəsindəki Ukrayna qoşunlarına yanacaq bu yanacaq bazasından çatdırılırdı".

Gecə əməliyyatları zamanı Ukraynanın böyük ziyana uğradığına diqqət çəkən Konaşenkov deyib:

“Gecə saatlarında operativ-taktiki və ordu aviasiyası Ukraynanın 51 hərbi obyektini vurub. Məhv edilən obyektlər arasında iki komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, iki Buk M-1 zenit-raket kompleksi və Dnepropetrovsk vilayətində bir S-300 işıqlandırma və istiqamətləndirici radar, üç D-30 artilleriya qurğusu, iki raket və artilleriya silahı və sursat anbarı, habelə hərbi texnikanın cəmləşdiyi 26 yer var".

Bütün xəbərlər Facebook səhifəmizdə