Rusiyanın Baş Qərargahı xüsusi əməliyyatın iki ssenarisini açıqlayıb

Rusiyanın Baş Qərargahı xüsusi əməliyyatın iki ssenarisini açıqlayıb

"Ukraynada xüsusi əməliyyat başlamazdan əvvəl iki hərəkət ssenarisi nəzərdən keçirilmişdi: Yalnız DXR və LXR ərazisi ilə məhdudlaşdırmaq və ya bütün ölkə ərazisində demilitarizasiya və denazifikasiya aparmaq. Nəticədə ikincisi seçildi". SİA xıbır verir ki, belə bir bəyanatla Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy çıxış edib.

Daha əvvəl Rudskoy Rusiyanın xüsusi əməliyyatı zamanı 1351 hərbçinin öldürüldüyünü bildirib. Qeyd edib ki, Ukrayna tərəfinin itkiləri 10 dəfə çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə