“Lukoyl”un vitse-prezidenti sərvətinin 99%-ni itirib

“Lukoyl”un vitse-prezidenti sərvətinin 99%-ni itirib

“Lukoyl”un vitse-prezidenti, “Spartak” futbol klubunun prezidenti Leonid Fedun kapitalının böyük hissəsini itirib. SİA xəbər verir ki, bu sözləri Rusiya Futbol İttifaqının icraiyyə komitəsinin üzvü Vladimir Afanasyev deyib.

“Fedun vəziyyətinin ağır olduğunu söylədi. O, sərvətinin 99%-ni itirdiyini deyib”, - deyə Afanasyev bildirib.

Bundan əvvəl Fedun Forbes-in tərtib etdiyi il üçün yoxsul milyarderlər reytinqində dördüncü yeri tutmuşdu. Onun 2020-ci il üçün sərvəti 1,757 milyard ABŞ dolları azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə