Yaponiyada zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 5,1 bal gücündə zəlzələ Yaponiyanın Fukusima bölgəsinin yaxınlığında qeydə alınıb. Zəlzələnin 50 kilometr dərinlikdə qeydə alındığı açıqlanıb.
Qeyd edək ki, zəlzələdə ölən və yaralananlar, eləcə də şəxsi mülkə dəymiş ziyan barədə hələlik bir məlumat verilməyib.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB