Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Böyük Britaniya Ukraynaya 6000 raket və əlavə 25 milyon funt-sterlinq yardımla "ölümcül yardımı" artıracaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Conson Belçikanın paytaxtı Brüsseldə NATO-nun fövqəladə dövlət və hökumət başçıları sammiti və liderlərlə G7 sammitindən sonra mətbuat konfransı keçirib. Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğalını davam etdirməsinə cavab olaraq o, Britaniya və müttəfiqlərinin Ukraynaya “ölümcül yardımı artıracağını” deyib.
"Putinin A planı artıq iflasa uğradığından o, mülki şəxslərə hücumlarını gücləndirir. Qocalar evləri, evlər və məktəblər fərq qoymadan bombardman edilib. Ailələr zirzəmilərdəki dondurulmuş sığınacaqlarda ac qalıb və ya qaçarkən hədəfə alınıb. Putinin Ukraynaya qarşı qəzəbini izləməyəcəyik”,- deyə Conson bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB