Avropa İttifaqının Brüsseldə keçirilən sammitində daha bir mühüm qərar qəbul olunub. Avropa İttifaqına üzv ölkələrin liderləri Ukraynada hərbi əməliyyatlarla bağlı artıq qüvvədə olan sanksiyaların səmərəliliyinin yoxlanılmasını və hər hansı yeni sanksiyaların Aİ ölkələri ilə müqayisədə bu sanksiyanı ünvanlayanlara daha çox təsir edəcəyinə zəmanət verməyi Avropa Komissiyasına həvalə ediblər. SİA xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksander De Kroo bəyan edib.
Bundan başqa Aİ liderləri Avropa İttifaqı ölkələrinə təbii qazın əsas tədarükçüsünə münasibətdə “qaz sanksiyaları”nın imkanlarını öyrənirlər. Belçikanın Baş naziri bildirib ki, bu sanksiyalar təkcə tədarükün həcminin məhdudlaşdırılmasına deyil, həm də qiymətlərə aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB