Məşhur reper əməliyyat olundu - FOTOLAR

Məşhur reper əməliyyat olundu - FOTOLAR

İtalyan model, modelyer və bloger Kiara Ferraqninin reper həyat yoldaşı Fedez mədəaltı vəzi xərçəngindən əməliyyat olunub. Həm Fedez, həm də Kiara Ferraqni təcrübələrini sosial mediada izləyiciləri ilə bölüşüblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, italyan model, modelyer və bloger Kiara Ferraqninin reper həyat yoldaşı Fedezinə mədəaltı vəzi xərçəngi diaqnozu qoyulub. Əsl adı Federiko Leonardo Lusia olan 33 yaşlı Fedezin mədəaltı vəzindəki şiş səbəbi ilə 6 saat əməliyyat olduğunu açıqlanıb.

Xəstəxanada çəkilmiş fotolarını “İnstaqram” səhifəsində paylaşan Fedez başına gələnləri belə danışıb: "Keçən həftə mədəaltı vəzimdə nadir bir şiş olduğunu öyrəndim. Mənə dedilər ki, bu şiş vaxtında götürülməsə, mən də müalicə edə bilərəm. Bunun üzərinə 6 saat davam edən əməliyyatla həm mədəaltı vəzinin bir hissəsi, həm də şiş çıxarıldı".

Əməliyyatdan iki gün sonra Fedez özünü yaxşı hiss etdiyini və uşaqlarını görmək üçün səbirsizləndiyini bildirib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə