Kişilərdə saç tökülməsinin qarşısını necə almaq olar?

Saç tökülməsi kişilərdə çox rast gəlinən bir problemdir. Hər kəs gündə 100-150 tel arasında saç itirir. Təbii olduğu üçün bir neçə tük tökülsə belə narahat olmağa ehtiyac yoxdur. SİA xarici mətbuata istinadən xəbər verir ki, saç tökülməsinin bir çox səbəbi ola bilər.

Bəs kişilərdə saç tökülməsini necə dayandırmaq olar?

Kişilərdə saç tökülməsi əsasən genetik bir vəziyyətdir. Bundan əlavə, hormonlar və ətraf mühit faktorları böyük təsir göstərir. Araşdırmalar göstərir ki, “covid-19” stresi və bu virus saçlara mənfi təsir göstərir. Kosmetoloq Sevil Tuzluca kişilərdə saç tökülməsinin dayandırılması ilə bağlı məlumat verib.

Kişilərdə, xüsusən də tac nahiyəsində seyrək olmağa başlayan saçlar, tədbir görülmədikdə qalıcı saç tökülməsinə, yəni keçəlliyə səbəb ola bilər.

İlk növbədə saç tökülməsinin kök səbəbini tapmaq və onu yaradan problemi həll etmək lazımdır.

Sonra fərdi saç müalicəsi tətbiq etmək lazımdır. Eyni zamanda şəxsin evdə istifadə etdiyi şampunların tərkibində tibbi məhsullar olması təmin edilir.

İnsanlar klinik müalicələrlə yanaşı, ev məhsulları ilə də bu vəziyyəti dəstəkləməlidirlər.

İlk növbədə saç tökülməsinin səbəbi müəyyən edilir və bu problemi həll etmək üçün müvafiq qulluq protokolu yaradılır.

İlk addım, saç follikullarının tökülməni dayandırmaq üçün kifayət qədər qidalana bilmədiyi, tökülməyə səbəb olan vəziyyəti həll etməkdir. Saçların qidalanmasını və uzanmasını təmin edən vitaminlər müxtəlif üsullarla saçın köklərinə göndərilir. Bu müalicələrdən sonra insanın saç tökülməsi dayanır və yeni saç kökləri əmələ gəlməyə başlayır. Eyni zamanda, mövcud saç tellərində 10-15% həcmlilik müşahidə olunur.
Şəxs bu müalicə, qulluq prosesini evdə tibbi şampunla dəstələməlidir.
Orta hesabla 6 həftəlik qulluqdan sonra görünən nəticələr əldə etmək mümkündür.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə