Ukraynanın 51 hərbi obyekti vurulub

Ukraynanın 51 hərbi obyekti vurulub

Rusiya təyyarələri və helikopterləri ötən gecə ərzində Ukraynada 51 hərbi obyekti məhv edib. SİA xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Gecə saatlarında operativ-taktiki və ordu aviasiyası Ukraynanın 51 hərbi obyektini vurub. Məhv edilən obyektlər arasında iki komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi qurğusu, iki Buk M-1 zenit-raket kompleksi və Dnepropetrovsk vilayətində bir S-300 işıqlandırma və istiqamətləndirici radar, üç D-30 artilleriya qurğusu, iki raket və artilleriya silahı və sursat anbarı, habelə hərbi texnikanın cəmləşdiyi 26 yer var", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə