Bu qidalar heyrətamizdir! - FOTOLAR

Bu qidalar heyrətamizdir! - FOTOLAR

Bədəninizdən başlayaraq dərinizə qədər dərindən yenilənməyə hazır olun. Bu qidalarla zamanı tərsinə çevirə bilərsiniz. SİA xarici mətbuata istinadən xəbər verir ki, siz qəbul etdikcə dərini cavanlaşdıran və gözəlləşdirən müalicəvi qidaları təqdim edirik.

Yaşıl çay:
Tərkibində hüceyrə qoruyucu maddələr var. Bu yolla birbaşa hüceyrələrdə qocalma əlamətlərini yavaşladır.

Hamar dəri: İspanaq və kələm

Tərkibindəki B vitaminləri sayəsində birləşdirici toxumanın sıxılmasını təmin edir. Bununla kifayətlənmir, selülitin qarşısını alır.

Dəriniz üçün xiyar böyük önəm kəsb edir. Günəş yanıqlarına və gözaltı torbalarına yaxşı təsir edən xiyar maska ​​kimi istifadə üçün də çox uyğundur.

Antibiotik təsirli sarımsaq:

Tərkibindəki allisin adlı maddə orqanizmin qan dövranını sürətləndirir. Beləliklə, dəri həmişə canlı və sağlam görünür.

Zeytun yağı bədəninizi qoruyur, dəriyi nəmləndirir.

Sağlam həyat üçün qəbul etməmiz lazım olan bu yağ, erkən yaşlanma və qırışlar üçün əla qidadır. Tərkibindəki doymamış yağ turşuları hüceyrələri təhlükələrdən qoruyur.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə