Türkiyənin Ədirnə bölgəsində narkotik satıcılarına qarşı 11 ünvanda həyata keçirilən əməliyyatda 15 şübhəli saxlanılıb, çoxlu sayda narkotik maddə ələ keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatlarda 15 şübhəli nəzarətə alınıb. Əməliyyatın keçirildiyi evlərdə və şübhəli avtomobillərdə hərtərəfli axtarış aparılıb.
Əməliyyatda müxtəlif miqdarda heroin, kokain, sirr və kaptaqon, 915,31 qram skunk, 166,77 qram metamfetamin, 2,57 qram bonsai və narkotik vasitələrdən əldə edilən 40 min 545 TL və 170 avro ələ keçirilib.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB