Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 135 uşaq ölüb, 180-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. SİA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir.
Ölən və yaralanan uşaqların sayı baxımından ən çox “zərər çəkmiş” vilayətlər bunlardır: Kiyev - 64, Xarkov - 44, Donetsk - 46, Çerniqov - 34, Nikolayev - 25, Zaporojya - 26, Jitomir - 15, Xerson – 15, Sumi – 14. Kiyev şəhərində isə bu göstərici 16-dır.
Məlumatda o da vurğulanır ki, gündəlik bombardman və top atəşləri nəticəsində 566 təhsil müəssisəsi zərər görüb, onlardan 73-ü tamamilə dağıdılıb. 230-dan çox məktəb, 155 uşaq bağçası zərər görüb və dağıdılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB