Ukraynada iki humanitar dəhliz açılıb

Ukraynada iki humanitar dəhliz açılıb

Martın 25-də mülki şəxslərin təxliyəsi üçün Ukraynanın qaynar nöqtələrində cəmi 2 humanitar dəhliz açılıb. SİA xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk videomüraciətində bildirib.

O deyib ki, martın 25-də Mariypol-Zaporoyje və Melitopol-Zaporoyje istiqamətlərində humanitar dəhlizlərin açılması razılaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə