Sosial şəbəkədə paylaşdığı fotonu silməli oldu

Sosial şəbəkədə paylaşdığı fotonu silməli oldu

”İnstaqram” səhifəsində paylaşdığı cəsur kadrları ilə gündəmə gələn Eda Taşpınar indi də həddini aşıb. Eda Taşpınar paylaşdığı fotoya gələn şərhlərdən sonra şəklini silmək qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, gündəlik həyatını tez-tez “İnstaqram”da izləyiciləri ilə paylaşan Eda Taşpınar bir müddətdir xaricdə istirahətdədir. Ömrünün böyük hissəsini müxtəlif ölkələrdə tətildə keçirən Taşpınar cəsarətli paylaşımlarına bir yenisini əlavə edib. Son paylaşımının pornoqrafik olduğu aşkar edilərək "İnstaqram" tərəfindən silinən Taşpınar yenə hadisə yaradacaq paylaşımı ilə reaksiya toplayıb. Taşpınar cinsiyyət orqanını yarpaqla örtdüyü foto paylaşıb. Pornoqrafik paylaşımı izləyicilərinin reaksiyasına səbəb olan Taşpınar fotonu dərhal silib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə