5 milyon TL dəyərində geyimi kim aldı?

5 milyon TL dəyərində geyimi kim aldı?

Türkiyəli model Çağla Şıkel Yeşilköydə təşkil edilən "İstanbul Jewellery Show"da 5 milyon TL dəyərində qızıl ilə işlənmiş büstiyer geyinib. Büstiyerin hələ ictimaiyyətə açıqlanmadan əvvəl Qətərdən olan bir iş adamına satıldığı öyrənilib. Ema Jewellery markasının sahibləri Erol Durmuş, “45 gün müddətində hazırlanıb, gözəl dizayndır. Çağla xanıma çox yaraşırdı. O bu geyimi üzərində çox yaxşı daşıdı” sözlərini deyib. Çağla Şikel isə “çox həyəcanlı idim. Belə bir geyimi təqdim etdiyim üçün xoşbəxtəm və qürur duyuram. Güclü Hera qadının adını daşıyan ləl-cəvahirat qiymətsizdir” deyib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə