Prezident Vladimir Zelenski Avropa İttifaqından Ukraynanın icmaya qəbul etmək qərarını gecikməməyi xahiş edib.
“İndi isə biz Ukraynanın Avropa İttifaqına daxil olması üçün yol qururuq. Burada sizdən xahiş edirəm qərara gecikməyəsiniz. Görürsünüz ki, kim nəyə layiqdir, Ukrayna artıq yaxın gələcəkdə Avropa İttifaqına üzv olmalıdır”-deyə dövlət başçısı Avropa Şurasına müraciətində bildirib.
SİA “rambler”ə istinadən xəbər verir ki, video “Telegram” kanalda yerləşdirilib.
“...Tərəddüd etməyə vaxt yoxdur, qərar vermək vaxtıdır. Biz sizə inanırıq, dəstəyinizə ehtiyacımız var, xalqınıza inanırıq, Avropa Birliyinə inanırıq. Və inanırıq ki, həlledici anda Almaniya da bizimlə olacaq”, - deyə Ukrayna prezidenti bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB