İspaniyada yükdaşıyanlar on gündən artıqdır ki, iş şəraiti və Ukraynada münaqişənin başlanmasından sonra daha da sürətlənən benzin və dizel qiymətlərinin artması ilə əlaqədar müddətsiz tətil keçirirlər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, konteynerlərin demək olar ki, terminalları tərk etmədiyi Barselona limanında vəziyyət getdikcə kritikləşir. Limanın prezidenti Damia Kalvenin sözlərinə görə, limanda fəaliyyət minimum həddə düşüb və bu, terminalların işinə təsir edir və dəniz əməliyyatlarının dəyişməsinə səbəb ola bilər. Limanda yeni konteynerlər üçün yerlər getdikcə azalır. Doluluq 90 faiz təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB