Ukraynanın qəhrəman şəhərləri...

Ukraynanın qəhrəman şəhərləri...

Buça, İrpin, Axtırka, Nikolaev qəhrəman şəhərlərə çevrildi.

Ukrayna dövlət başçısının rəsmi saytının məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq sərəncam imzalayıb.

164/2022 nömrəli Sərəncama əsasən, Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün dəf edilməsi zamanı öz şəhərlərinin müdafiəsində aşkar edilmiş şücaət, kütləvi qəhrəmanlıq və vətəndaşların mətanətini qeyd etmək məqsədilə Ukrayna Prezidenti Aşağıdakı şəhərlərə "Ukraynanın Qəhrəman Şəhəri" fəxri nişanı: Buça (Kiyev vilayəti) İrpin (Kiyev vilayəti) Nikolaev (Nikolayev vilayəti) və Axtırka (Sumı rayonu).

Xatırladaq ki, bir müddət bundan əvvəl xəbər verdiyi kimi, fevralın 24-də Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hücumu başlayandan bəri 70 nəfər müdafiəçiyə Ukrayna Qəhrəmanı adı verib. SİA bu barədə “UNIAN”saytına istinad edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə