NATO-nun Rusiya ilə bir sıra mövzularda təmasları olacaq

NATO-nun Rusiya ilə bir sıra mövzularda təmasları olacaq

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya hakimiyyəti ilə NATO arasında münasibətlər bundan sonra əvvəlki kimi olmayacaq, lakin müəyyən qarşılıqlı fəaliyyət davam etdirilməlidir.

SİA-nın məlumatına görə, bu barədə CNN xəbər verib.

Onun sözlərinə görə, Moskva ilə alyans arasında gələcək münasibətlərdən danışmaq hələ tezdir, lakin “onlar mütləq əvvəlki kimi qalmayacaqlar”.

“Əvvəlki münasibətlərimizə qayıtmaq mümkün deyil. Lakin silahlara nəzarət, risklərin azaldılması və münaqişələrin aradan qaldırılması kimi məsələlərdə Rusiya ilə müəyyən qarşılıqlı əlaqə saxlamaq lazımdır”, - deyə təşkilat rəhbəri bildirib.

Rusiya Xarici İşlər Nazirliyi NATO-ya üzv ölkələrin liderlərinin görüşünün nəticələrini şərh edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, ABŞ son sammitdən müttəfiqləri “intizam”a salmaq və Rusiyanı daha da cilovlamaq üçün istifadə edib. Diplomatın fikrincə, Ukrayna hakimiyyətinə əlavə dəstək vermək qərarı Şimali Atlantika Alyansının hərbi əməliyyatların davam etdirilməsində maraqlı olduğuna sübutdur.

Məlumdur ki, sammitdən sonra NATO əlavə çoxmillətli döyüş qrupları yaradacaq. Onlar Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yerləşəcəklər. Bu, Rusiyanın Donbası qorumaq üçün keçirdiyi xüsusi əməliyyata cavab olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə