…ABŞ başda olmaqla digər dövlətlərin Rusiyaya qarşı tətbiq etdikləri məhdudlaşdırıcı tədbirlər və Kiyevi Kremlə qarşı “təcavüzə sövq etməsi”... belə görünür ki, sadə amerikalılar arasında elə də böyük "rəğbət” qazanmayıb. Yəni rusların “RİA Novosti” saytının yazdıqlarına inansaq, artıq Amerikada yerli xalq buna qarşı “ayağa qalxmağa” hazırlaşır. Cayt nümunə kimi amerikalı konqresmen qadın Mardjori Taylor Qrinin “Fox News” telekanalının efirindəki çıxışını göstərib. SİA bu barədə “rambler”saytına istinad edir.
Deməli, Qrinin sözlərinə görə, guya Amerika lideri Cozef Bayden “bütün beynəlxalq ictimaiyyəti Rusiyaya müdaxilə etməyə” təşviq edir. “Çünki o, nə istəyirsə, müharibə də istəyir”. Bunu xanım konqresmen deyir.
Onun sözlərinə görə, bu yolla Ağ Ev rəhbəri ABŞ-da ərzaq böhranının kəskinləşməsinə səbəb olduğu üçün həmyerlilərinə qarşı çıxmış olur. Qrin həmçinin belə ritorikanın Konqresdəki həmkarları tərəfindən “qismən dəstəklənməsindən” qəzəbləndiyini də gizlətmir.
“ …Mən istəyirəm ki, onlar sərhədlərimizin qorunması, cinayətkarlıqla, nəzarətsiz inflyasiya və benzin qiymətləri ilə mübarizənin qayğısına qalsınlar”- deyən konqresmen qadın, bu gün bir sıra amerikalı siyasətçinin Rusiya ilə qarşıdurmalar yaratmağa səy göstərdiklərini də “pisləyir”. Maraqlıdır ki, Taylor Qrin bu yaşantıların sonradan ABŞ-ı “aclıq və səfalətə” gətirib çıxaracağını da istisna etmir.
O da maraqlıdır ki, Taylor Qrinin dediklərinə haqq qazandıran, ona həmrəylik nümayiş etdirən “Fox News”un aparıcısı Taker Karlson prezident Cozef Baydenin Vladimir Zelenskini Rusiya hakimiyyətinin şərtlərini qəbul etməsi üçün “yola gətirə” biləcəyinə və bununla da həm Avropaya, həm də ABŞ-a sabitliyi qaytaracağına əminlik bildirir.
“…Ukrayna buğdanın aparıcı ixracatçılarından biridir. İndi orada gedən döyüşlər nəticəsində ölkəmizdə və ərzaq təhlükəsizliyi, inkişaf etməkdə olan ölkələrdə aclıq olacaq. İnsanlar aclıqdan öləcək. Məsələn, bu gün Kamerunda hökumət buğda qıtlığı ilə üzləşib deyə çörəyin qiymətində 40 faizdən çox artım olub”.
Qeyd edək ki, bunu Taylor Qrinə “həmrəylik” nümayiş etdirən aparıcı Taker Karlson bildirib.
…İnanın ki, bu mənə bizim o “ayının min oyunu bir armudun başındadır” məsəlini xatırlatdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB