Çin Müdafiə Nazirliyinin sözçüsü baş polkovnik Vu Qian ABŞ rəsmilərinin Rusiyanın Ukraynada gözlənilən hərbi əməliyyatla bağlı Çini əvvəlcədən xəbərdar etməsi və Çin tərəfinin susqun şəkildə razılıq verməsi barədə iddialarının yalan olduğunu bildirib.
SİA bu barədə “TASS” a istinad edir.
Çinli hərbçinin fikrincə, bu cür ittihamların məqsədi Çini məsuliyyəti dəyişdirmək və ləkələməkdir. Elə buna görə də, Çin bununla bağlı öz kəskin narazılıq və etirazını bildirir.o Vu Qian xatırladıb ki, Pekin böhranın əvvəlindən obyektiv və ədalətli mövqeyə sadiq qalıb: “...Çin tərəfinin guya Rusiyaya hərbi yardım göstərməsinə gəlincə, bu, tamamilə yalandır".
Maraqlıdır ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Qərbi məsuliyyəti Çinin üzərinə atmağa çalışmaqda ittiham edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB