ABŞ Prezidenti Co Bayden Rusiyanın G20-dən çıxarılmasının tərəfdarı olduğunu bildirib.
SİA TASS-a istinadən xəbər verir ki, Brüsseldə keçirdiyi mətbuat konfransında Bayden bəzi ölkələrin bu təkliflə razılaşmadığını etiraf edib.
"Bu gün bu məsələ müzakirə olundu. Biz Ukraynanın G20 sammitində iştirakını istəyirik. Əgər İndoneziya razılıq verməsə bu mümkün olmayacaq",- deyə Bayden əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB