Ruslar yenə də özlərini bombalayıblar...

Ruslar yenə də özlərini bombalayıblar...

Ukraynanın “UNİAN” saytı rus ordusunda rabitə problemləri olduğunu iddia edir. Belə ki, sayt əsas kimi, düşmənlərin, yəni rusların vaxtaşırı olaraq bir-biri ilə “döyüşlər təşkil etməsini” nümunə kimi göstərib sual edir: Siz deyin bunu başqa necə izah etmək olar? Maraqlıdır ki, sayt bununla bağlı nümunələr göstərir... Beləliklə...

... Martın əvvəlində Kiyev vilayətində Severinka yaxınlığında rus bölmələri öz aralarında vuruşdu və on üç texnika itirdi.

...Üç həftə keçdi, sonra da Xarkov vilayətində oxşar hadisə baş verdi. Havaya qalxan Rusiya helikopteri öz mövqelərini atəşə tutub, ruslara külli miqdarda ziyan vurdu.

Qeyd edək ki, SİA-nın da bu nümunələrlə bağlı əldə etdiyi növbəti hadisəni Xarkov OVA-nın rəisi Oleq Sinequbov danışıb. Belə ki, o, özünün Teleqram kanalında Xarkov vilayətində rus döyüşçülərinin növbəti dəfə fiaskoya uğradıqları ilə bağlı növbəti nümunəni göstərib.

Beləliklə, Sinequbovyun yazdığına görə, səhər döyüş mövqelərini bombalamaq üşün havaya qalxan Rusiya vertolyotu öz vəzifəsini "keyfiyyətcə yerinə yetirib". Belə ki, Ukraynanın Malaya Roqan ərazisində rus vertolyotu çoxlu sayda canlı qüvvə və hərbi texnikanı məhv edib. Amma, kimin...təbii ki, özlərinin..

Sinegubov həmçinin ümidvar olduğunu bildirib ki, bu, rusların sonuncu “özünü məhv etməsi” hadisəsi deyil. Xarkov OVA-nın rəhbəri ayrıca olaraq sayıqlığını itirməyən və regionu qoruyan Ukrayna Silahlı Qüvvələrinin peşəkarlığını qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə