Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib

Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib

Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin bəyanatında deyilir.

"Avropa İttifaqı Şurası bu gün Şarl Mişeli 2022-ci il iyunun 1-dən 2024-cü il noyabrın 30-dək iki il yarımlıq ikinci müddətə yenidən prezident seçdi. Şarl Mişel həmçinin eyni dövr üçün yenidən Avropa Sammitinin prezidenti təyin edilib", - deyə bəyanatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə