Somalidә törәdilәn terror aktı nәticәsindә 15 nәfәr ölüb

Somalidә törәdilәn terror aktı nәticәsindә 15 nәfәr ölüb

Terror tәşkilatı Es-Şәbabın dünәn Somalinin Beledveyne bölgәsindә törәtdiyi bombalı hücum nәticәsindә 15 nәfәr hәlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә yerli polis mәlumat verib.Hәyatını itirәnlәr arasında Amine Mәhәmmәd Abdi adlı bir qadın millәt vәkilinin dә olduğu bildirilib. Partlayış zamanı xәsarәt alanların da olduğu qeyd olunub. Hücumun parlament seçkilәrindәn әvvәl törәdildiyi bildirilib.

Qeyd edәk ki, prezident Mәhәmmәd Abdullah Fermaju vә Baş nazir Mәhәmmәd Hüseyn Roble hücumu qınayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə