“Ukrayna xalqı qalib xalq kimi tarixə düşəcək...”

“Ukrayna xalqı qalib xalq kimi tarixə düşəcək...”

“...Təkcə bir ayda dünya Kremlə qarşı 4 mindən artıq sanksiya tətbiq edib ki, bu da Rusiya iqtisadiyyatını tənəzzülə aparır”

SİA “UNİAN”saytına istinadn xəbər verir ki, bu barədə məlumat telemarafonunun efirində yayımlanan müraciətində Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bildirib.

“...Onlar sanksiyaların vaxtında tətbiq olunacağı təqdirdə simvolik olacağını düşünürdülər. Bununla belə, biz sarsıdıcı iqtisadi zərbə təşkil edə bildik. Bir ay ərzində beynəlxalq ictimaiyyət bütövlükdə 4000-dən çox sanksiya tətbiq etdi ki, artıq Rusiya iqtisadiyyatı batmaq üzrədir”- deyə nazir bildirib.

Kuleba onu da vurğulayıb ki, bu gün ölkə və Ukrayna diplomatiyasının birgə fəaliyyəti qlobal anti-müharibə koalisiyasını birləşdirməyə imkan verib.

Nazir onu da vurğulayıb ki, hakimiyyət yeni sanksiyalar, yeni silah tədarükü ilə bağlı danışıqlar aparır, irimiqyaslı humanitar və maliyyə dəstəyi cəlb edir.

“...Bu ay böyük kədərlə yanaşı, həm də yeni ümidlər gətirdi - Ukraynanın Avropa İttifaqına üzvlüyü uzaq xəyaldan real yaxın gələcəyə keçdi. Prezidentin əzmkar fəaliyyəti, Ukrayna xalqının işğalçıları cilovlamaq üçün göstərdiyi səylər ölkəmizin Avropa İttifaqına tam üzvlüyü üçün qapıları açdı və mən əminəm ki, biz buna nail olacağıq”, - deyə Kuleba bildirib.

Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Ukrayna xalqı qaliblərin xalqıdır və bu gün Ukraynada yeni azad və ədalətli dünya üçün yeni ümid yaranır.

"Ukraynalılar təkcə döyüşən deyil, həm də qalib gələn xalq kimi tarixə düşəcəklər", - Kuleba əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə