Kanada Ukraynaya əlavə öldürücü silahlar tədarük edəcək

Kanada Ukraynaya əlavə öldürücü silahlar tədarük edəcək

Kanada Rusiyaya qarşı sanksiyalar siyahısına Federasiya Şurasının 160 senatorunu əlavə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS baş nazir Castin Trüdoya istinadən məlumat yayıb.

Baş nazirin sözlərinə görə, bu yolla Kanada Rusiya Federasiyasına təzyiqi artırır.

Xatırladaq ki, bundan əvvəl Kanada hakimiyyəti rusiyalı iş adamları Roman Abramoviç və Əlişir Usmanova, həmçinin Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovaya qarşı sanksiyalar tətbiq edib.

Ölkənin hakimiyyət orqanları Rusiyanın 32 şirkətinə və dövlət təşkilatına Kanadadan müdafiə ləvazimatları və ya material almağı qadağan edib.

Buna cavab olaraq usə Rusiya 313 kanadalını qara siyahıya salıb və Castin Trüdonun ölkəyə girişini qadağan edib.

Yeri gəlmişkən bildirək ki, bu arada Trüdo yaxın vaxtlarda ölkəsinin Ukraynaya əlavə öldürücü silahlar tədarük edəcəyini də bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə