15 yaşlı qızı qaçırmaq istəyən şəxslər yaxalanıb

15 yaşlı qızı qaçırmaq istəyən şəxslər yaxalanıb

15 yaşlı qızı küçənin ortasında başına tapança dayayaraq qaçırmağa cəhd edən iki nəfər şəxs saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Samsun şəhərində baş verib. 15 yaşlı qız dostunun evinə gedərkən maşınla gələn 2 nəfər tərəfindən qaçırılmaq istənilib. Qızın bağırtısı və qarşıdan gələn maşının siqnal verməsi günahkarları tədirgin edib və hadisə yerindən uzaqlaşıblar.

Saxlanılan şəxslər məhkəmənin nəzarəti şərti ilə sərbəst buraxılıb. Prokurorun etirazı ilə yenidən nəzarətə alınıblar və bu dəfə məhkəmə tərəfindən həbsxanaya göndəriliblər.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə