Bir müddətdir müğənni Cem Belevi ilə sevgili olan İrem Derici sevgilisi ilə tətil üçün Hollandiyaya uçub. Bayramdan əyləncəli anlarını paylaşan İrem Dericidən sürpriz hərəkət gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, münasibətinə ikinci şans verən İrem Derici ötən gün sevgilisi Cem Belevi ilə Hollandiyaya gedib. Amsterdamda sevgilərini təzələyən məşhur cütlük bayramdan əlvan kadrlarını izləyiciləri ilə bölüşüb. “Hər şey yaxşıdır” mesajı verən cütlüyün ömrü qısa olub. Cem Belevi onun kimi müğənni olan sevgilisi İrem Dericini sosial media hesabından izləməyi dayandırıb. İrem Derici birlikdə çəkdirdikləri romantik fotoları da silib, Cem Belevini dost siyahısından çıxarıb.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB