Koronavirusdan daha 63 nəfər ölüb

Koronavirusdan daha 63 nəfər ölüb

İranda ötən sutka ərzində 63 nəfər koronavirusdan (COVID-19) ölüb. SİA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 139 865 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1 345 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 714 5877 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə