ABŞ hakimiyyəti Ukrayna ətrafındakı vəziyyətdən asılı olaraq Avropa ölkələrində hərbi mövcudluğunun genişləndirilməsi imkanlarını nəzərdən keçirəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Cek Rid bildirib.
Son həftələrdə bir sıra Avropa ölkələrinə müvəqqəti olaraq minlərlə Amerika hərbçisinin köçürülməsindən danışan qanunverici qeyd edib ki, hərbi mövcudluq münaqişənin sonuna kimi qalacaq.
“Mümkündür ki, orada əlavə qüvvələr tələb olunsun. Bütün bunlar vəziyyətin necə olacağından asılı olacaq”, – senator vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB