Rusiyada kömür şaxtasında uçqun baş verib

Rusiyada kömür şaxtasında uçqun baş verib

Rusiyanın Kuzbas kömür hövzəsindəki “Osinnikov” şaxtasında uçqun və qaz ayrılması baş verib.

SIA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

Qeyd olunur ki, səhər saat 4 radələrində (Bakı vaxtı ilə 05.00) “Osinnikov” şaxtasında uçqun və qaz ayrılması baş verib. Lakin partlayış və yanğın qeydə alınmayıb. 73 şaxtaçı yer səthinə çıxarılıb. 300-dən çox adamın təxliyəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə