Peskov Çubaysın öz xahişi ilə işdən getdiyini deyir

Mətbuat katibi Peskov Çubaysın prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildiyini təsdiqləyib
Peskov Çubaysın öz xahişi ilə işdən getdiyini deyir

Rusiya prezidentinin davamlı inkişaf üzrə keçmiş xüsusi nümayəndəsi Anatoli Çubays öz istəyi ilə istefa verib.

“RİA Novosti” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. SİA bu barədə “lenta.ru”saytına istinad edir.

Çubaysın prezidentin xüsusi nümayəndəsi vəzifəsindən getməsi barədə TASS da “Çubaysın ətrafından” mənbəyə istinadən xəbər verir ki, “...bəli, doğrudur. Anatoli Borisoviç bu vəzifəni tərk edir”-deyə agentlik əməkdaşı təsdiqləyib.

Əli

Bütün xəbərlər Facebook səhifəmizdə