Ukraynanı tərk edən afrikalılar Aİ-də ayrı-seçkiliyə məruz qalırlar

Ukraynanı tərk edən afrikalılar Aİ-də ayrı-seçkiliyə məruz qalırlar

...Ölkədə davam edən hərbi əməliyyatlar səbəbindən Ukraynanı tərk etmək məcburiyyətində qalan Asiya və Afrikadan olan vətəndaşlar Aİ ölkələrinin sərhədlərində saxlanılaraq ayrı-seçkiliyə məruz qalırlar.

SİA-nın məlumatına görə, bu barədə “RİA Novosti” “Independent” qəzetinə istinadən xəbər verir.

Qeyd olunur ki, xarici nəşr “Lighthouse Reports”, “Spiegel”, “Mediapart” və “Radio France” jurnalistlərindən ibarət konsorsiumla birgə araşdırma aparıb.

Nəşrin məlumatına görə, sorğunun nəticələri Ukraynanı tərk edən onlarla asiyalı və afro-amerikalı qaçqının Avropa İttifaqı ölkələrinə keçməyə çalışarkən “irqi ayrı-seçkilik”lə üzləşməsi barədə məlumatlardan sonra əldə edilib.

Nəşr hərbi əməliyyatların başlanmasından sonra Ukraynanı tərk etmiş ən azı 52 “üçüncü ölkələrin” vətəndaşının hazırda Polşada həbsdə olduğunu qeyd edib. Bundan əlavə, qəzet Nigeriya vətəndaşının Estoniyada saxlanmasına diqqət çəkib. Nəşrin məlumatına görə, onu deportasiya gözləyir.

“İndependent” qəzeti xatırladıb ki, Avropa İttifaqı ölkələri Ukraynada işləyən və ya təhsil alan “üçüncü ölkələrin” vətəndaşlarının humanitar əsaslarla Aİ-yə müvəqqəti qəbul edilməli olduğu direktivə əməl etməlidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə