Rusiya Federasiyası və İsveçrənin Maliyyə nazirlikləri ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş üzrə danışıqları dayandırıblar.
SİA-nın məlumatına görə, bunu “RBC” Rusiya departamentinin mətbuat xidmətinə istinadən yazır.
Verilən məlumata görə, müzakirələr sanksiyalar fonunda dayandırılıb. Hazırda onun bərpası perspektivləri “qeyri-müəyyəndir”.
Xatırladaq ki, yanvar ayında maliyyə nazirinin müavini Aleksey Sazanov İsveçrə ilə vergi sazişinə yenidən baxılması ilə bağlı yekun qərarın 2022-ci ilin fevralında veriləcəyini bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB