Baş nazir Boris Consonun ofisindən verilən məlumata görə, Britaniya Ukraynaya daha 6 min silah, o cümlədən tank əleyhinə raketlər ötürmək niyyətindədir.
SİA bu barədə “rosbalt”saytına istinad edir.
Bildirək ki, mesaj martın 24-25-də Brüsseldə keçiriləcək Aİ, G7 və NATO sammitləri ərəfəsində yayılıb.
Qeyd edildiyi kimi, Brüsselə səfəri zamanı Conson Kiyevə yeni hərbi yardım paketini açıqlayacaq. Baş nazir onu da bildirib ki, Britaniya “müttəfiqləri ilə birlikdə Ukraynaya hərbi və iqtisadi dəstəyi artıracaq”
Onu da xatırladaq ki, bundan əvvəl Britaniya hakimiyyəti Ukraynaya artıq 4000-dən çox “NLAW” və “Javelin” tank əleyhinə sistemlər göndərib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB