Deyildiyi kimi, ABŞ prezidenti Cozef Baydenin təyyarəsi artıq Brüsselə enib. Məlum olduğu kimi, burada amerikalı prezidentin NATO ölkələrinin başçıları ilə bir sıra görüşlər keçirəcəyi planlaşdırılıb.
SİA "rambler"ə istinadən xəbər verir ki, Cümə axşamı, martın 24-də isə Cozef Bayden NATO-nun fövqəladə sammitində iştirak etməlidir. Bu, alyans ölkələrinin liderlərinin iştirakı ilə baş tutacaq. Görüşün əsas mövzusu, təbii ki, Ukraynadakı vəziyyət olacaq. Ukrayna prezidenti Vladimir Zelenskinin Brüssel sammitinin iştirakçıları qarşısında çıxış edəcəyi də planlaşdırılır.
Bu arada ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABŞ və Avropa İttifaqının Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirib. Cozef Baydenin Brüsselə gələcək səfərindən sonra mövcud məhdudiyyətlər də sərtləşdiriləcək.
Xatırladaq ki, Qərb Rusiyaya qarşı iqtisadi sanksiyaları Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də Ukraynada hərbi xüsusi əməliyyata başladığını elan etməsindən sonra tətbiq edib. Bir çox beynəlxalq şirkətlər Rusiya bazarında fəaliyyətini dayandırıb və ya tamamilə məhdudlaşdırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB