BMT Təhlükəsizlik Şurası Rusiyanın humanitar qətnaməsini qəbul etməyib
BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynada atəşkəsə çağıran humanitar qətnaməsini qəbul etməyib. Təhlükəsizlik Şurasının 13 üzvü (Fransa, Böyük Britaniya, ABŞ, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, Albaniya, Braziliya, Qabon, Qana, BƏƏ) Rusiya və Çin istisna olmaqla, bitərəf qalıb. RİA Novosti sənəd layihəsinin surətinə istinadən xəbər verir ki, bu qətnamə dinc sakinlərin təxliyəsi üçün danışıqlar yolu ilə atəşkəs əldə etməyə çağırıb.
“Rambler”ə istinad edən SİA xəbər verir ki, ruslar tərəfindən tərtib edilən mətn mülki şəxslərin, o cümlədən humanitar personalın və həssas vəziyyətdə olan insanların tam müdafiəsinə hesablanıb..
Qeyd edək ki, martın əvvəlində Ukrayna hakimiyyəti Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum etməyə çağırmışdı. Qeyd edək ki, bu məsələyə münasibət bildirən Ağ Evin mətbuat katibi Cen Psaki də, deyilənə görə, “ABŞ belə bir fürsət görmür” deyə “müəmmalı” bir ifadə səsləndirmişdi.
Yeri gəlmişkən bildirək ki, Rusiya Müdafiə Nazirliyi dünən- martın 23-də 22 humanitar dəhlizin açıldığını elan edib və elə həmən gün də səkkiz humanitar dəhliz açıb.
...Ukrayna isə 14 əlavə marşrut təklif edib.
Beləliklə, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının iclası zamanı bildirib ki, Ukraynaya humanitar yardım göstərmək üçün Rusiyanın təqdim etdiyi qətnaməyə ehtiyac yoxdur.
SİA bu barədə məlumatın TASS tərəfindən yayımlandığını bildirib.
“Bizim humanitar yardım üçün bu cür farslarla dolu qətnaməyə ehtiyacımız yoxdur. Birləşmiş Ştatlar Ukrayna xalqına 600 milyon dollardan çox yardım edib və bundan sonra da həm Ukraynaya, həm də ukraynalıları səxavətlə qəbul edən və onlara kömək edən qonşu ölkələrə lazım olan qədər yardım göstərməyə davam edəcək”, - deyə ABŞ nümayəndəsi bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB