Burkina Fasoda әmәliyyat zamanı 24 hәrbçi hәlak olub

Burkina Fasoda әmәliyyat zamanı 24 hәrbçi hәlak olub

Burkina Fasoda terrorçulara qarşı keçirilәn әmәliyyatlar zamanı 24 hәrbçi hәlak olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barәdә Burkina Faso ordusundan verilәn mәlumatda bildirilib. Mәlumatda ölkәnin şәrqindә terrorla mübarizә çәrçivәsindә fevralın 15-dәn etibarәn müxtәlif әmәliyyatların keçirildiyi bildirilib.

Әmәliyyatlar zamanı Natiaboani vә Napade qәsәbәlәrindә orduyu hәdәf alan iki ayrı hücumun törәdildiyi qeyd olunub. Mәlumatda hәmçinin törәdilәn ilk hücum nәticәsindә 13, ikinci hücumda isә 11 hәrbçinin hәlak olduğu, 36 terrorçunun zәrәrsizlәşdirildiyi vurğulanıb.

Qeyd edәk ki, Malidәki Әl-Qaidә vә DEAŞ-a tabe olan terror qruplaşmaları 2015-ci ildәn etibarәn Burkina Fasonun şimalında vә şәrqindә vaxtaşırı hücumlar törәdir.

Rәsmi mәlumatlara görә, 2015-ci ildәn bәri törәdilәn hücumlar nәticәsindә indiyәdәk 600-ü tәhlükәsizlik xidmәti әmәkdaşı olmaqla iki min adam hәyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə