Bu, Rusiya və NATO arasında qarşıdurmaya səbəb olar

Rusiya NATO-nun Ukraynada sülhməramlı qüvvələrinin yerləşdirilməsi ehtimalına mənfi baxır
Bu, Rusiya və NATO arasında qarşıdurmaya səbəb olar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, NATO-nun Ukraynaya sülhməramlılar göndərməsi Rusiya ilə NATO silahlı qüvvələri arasında birbaşa münaqişəyə səbəb olacaq.

Lavrov Moskva Dövlət Diplomatik İnstitutunda (MDBMİ) çıxışında Rusiya və Ukrayna arasında atəşkəs üçün danışıqların çətin irəlilədiyini bildirib.

“Çünki Ukrayna tərəfi danışıqlar zamanı nəyin razılaşdırılmalı olduğunu anladığını ifadə etsə də, daim öz təkliflərini rədd edərək mövqelərini dəyişir”.

Rusiya ilə Ukrayna arasında danışıqların sürətlə başa çatmasının ABŞ-ın marağında olmadığını əsas gətirən Lavrov ABŞ-ın Rusiyanın münaqişə içində olmasını və Ukraynaya silah göndərməyə davam etməsini istədiyini bildirib.

Polşanın NATO-ya Ukraynaya sülhməramlılar göndərmək təklifini dəyərləndirən Lavrov deyib:

"Ümid edirəm ki, onlar bunun nə demək olduğunu başa düşürlər. Bu, Rusiya və NATO silahlı qüvvələri arasında hər kəsin qaçmaq istədiyi birbaşa qarşıdurmadır, prinsipcə, heç vaxt olmamalıdır".

"NATO sülhməramlılarının Ukraynaya yeridilməsi ehtiyatsız və son dərəcə təhlükəli qərar olardı".

Bunu isə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlama zamanı deyib.

Rusiya ordusunun Ukraynadakı itkiləri ilə bağlı məlumatların paylaşılması təşəbbüsünün Rusiya Müdafiə Nazirliyinə aid olduğuna diqqət çəkən Peskov deyib:

"Onlar əlavə məlumatı uyğun gördükləri paylaşırlar. Əməliyyat planlara və tapşırıqlara ciddi riayət edilməklə davam edir. Ordumuz atəş edilmədiyi müddətcə mülki şəxslərə atəş açmır".

Peskov NATO-nun Ukraynada sülhməramlı qüvvələrinin yerləşdirilməsi ehtimalına mənfi baxdıqlarını qeyd edib.

“Bu, çox ehtiyatsız və son dərəcə təhlükəli qərar olardı. Xüsusi hərbi əməliyyat keçirilir və ordumuzla NATO hərbçiləri arasında hər hansı mümkün təmas anlaşılan düzəlməsi çətin olan nəticələrə gətirib çıxara bilər", -deyə o bildirib.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücum başladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə