Ukrayna saytlarının yazdığına görə, ruslar Mariupola bomba atmağa hələ də davam edirlər. Belə ki, onların bu əməlləri nəticəsində 11 yaşlı ukraynalı gimnast Katerina Dyaçenko həlak olub. Belə ki, qiz düşmən mərmisinin düşdüyü evdə olub. Onun meyiti evin dağıntıları altında tapılıb. Katyanın ölümünü “İnstaqram”da qızın bədii gimnastika üzrə məşqçisi Anastasiya Mesçanenkova elan edib.
SİA bu barədə “UNİAN”saytına istinad edir.
“…Bunun bir bəhanəsi ola bilərmi? Bu istedadlı qıza baxın. O, səhnəni fəth edib dünyaya təbəssüm bəxş etməli idi. Uşaqların nə günahı var? İnanıram ki, bu vəhşiliklərdə iştirak edən hər kəsin cəhənnəmdə yeri var. Və mümkün qədər də tez”. Bildirim ki, bunu qızın məşqçi sosial şəbəkələrdə paylaşıb
Əlavə edirik ki, Mariupol bir neçə həftədir ki, işıqsız, susuz və istiliksiz blokadadadır - ruslar onu yer üzündən silmək istəyirlər..?
Nazlı Babayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB