ABŞ Rusiya ilə Ukrayna arasında vasitəçilik etmir

Rusların bu tələblərinin qəbuledilməzliyini Emmanuel Makron da etiraf edib
ABŞ Rusiya ilə Ukrayna arasında vasitəçilik etmir

“...ABŞ Rusiya- Ukrayna arasındakı diplomatik təmaslarda vasitəçi rolunu oynamır”. Bu sözləri çərşənbə günü jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ brifinqdə prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. O daha sonra Kiyevin özü bu danışıqlar prosesində qərarlar qəbul etməli olduğunu da bildirib.

SİA bu barədə “rambler”saytına istinad edir.

"Biz davam edən diplomatik işin monitorinqində fəal iştirak edirik, baxmayaraq ki, Birləşmiş Ştatlar birbaşa [danışıqlar] masası arxasında deyil və ya birbaşa vasitəçi və ya broker rolunu oynamır. Baxaq görək hadisələr necə inkişaf edəcək" – deyə Sallivan bildirib.

Ağ Ev sözçüsünün dediyinə görə, bu gün Amerikanın əsas prinsipi Ukraynanın gələcəyi, Ukraynanın taleyi ilə bağlıdır: “Ukrayna, onun rəhbərliyi və xalqı ruslarla əldə edəcəkləri hər hansı razılaşma ilə bağlı öz mülahizələrini inkişaf etdirməlidir”. Bunu da Sallivan deyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl, gərək ki, martın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamalarının birində “...daim hiss olunur ki, Ukrayna nümayəndə heyətinin əlindən tutaraq, çox güman ki, amerikalılar onlara bu tələblərlə razılaşmağa imkan vermir”-deyə bildirmişdi. (...tələblər də nə tələb....adamın yadına bizim o "insaf da yaxşı şeydir" mahnısını salır -A.B.)

...Yeri gəlmişkən qeyd edim ki, rusların bu tələblərinin qəbuledilməz olduğunu bir müddət bundan əvvəl Fransa prezidenti Emmanuel Makron da etiraf etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə