Türkiyә Somaliyә ‘‘Covid-19’’ әleyhinә peyvәnd göndәrib

Türkiyә Somaliyә ‘‘Covid-19’’ әleyhinә peyvәnd göndәrib

Türkiyә yeni növ koronavirus ‘‘Covid-19’’ epidemiyası ilә mübarizә çәrçivәsindә Somaliyә 290 min doza peyvәnd göndәrib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Bu barәdә Türkiyәnin Somalidәki sәfirliyi mәlumat yayıb. Mәlumata görә, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın İstanbulda baş tutan 3-cü Türkiyә-Afrika Tәrәfdaşlığı görüşündә verdiyi açıqlama çәrçivәsindә Somaliyә peyvәnd göndәrilib.

Mәlumatda qeyd olunub ki, 290 min 400 doza ‘‘Sinovac’’ peyvәndi somalili rәsmilәrә tәhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə