Bolqarıstan qazın pulunu rublla ödəməyə hazırdır?

Bolqarıstan qazın pulunu rublla ödəməyə hazırdır?

Bolqarıstan Rusiya qazının tədarük haqqını rublla ödəməyə hazırdır. TASS xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə ölkənin energetika naziri Aleksandr Nikolov bildirib.

SİA bu barədə rambler”saytına istinad edir.

“Bolqarıstanda rublla əməliyyat apara bilən maliyyə tərəfdarı var. Konkret ödəniş ssenarisi Bolqarıstan Enerji Holdinqi tərəfindən nəzərdən keçiriləcək, mövcud müqavilələr üzrə ödəniş riski yoxdur”, - Nikolov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetinin iclasında bildirib ki, Rusiya təbii qaz tədarükü üçün ödənişləri güzəştə getmiş valyutalarla, o cümlədən dollar və avro ilə qəbul etməyi dayandıracaq və ödənişlərin rublla aparılmasına keçəcək.

Rusiya lideri dəyişikliklərin yalnız ödəniş valyutasına təsir edəcəyini, qalanlarının olduğu kimi qalacağını vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə