Türkiyədə Bahri Maraşlı eşq münasibəti yaşadığı Fatma Özü öldürərək mərmər karxanası ərazisində basdırıb. Müttəhim Maraşlı məhkəmədəki ifadəsində Fatma Özü dəfn etdikdən sonra 2-3 gün ara ilə cəsədi yoxlamağa getdiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Gürün bölgəsində ərindən boşanan Fatma Öz 20 aprel 2021-ci ildə yoxa çıxıb. Polis heyəti Malatyanın Darende bölgəsində yaşayan ailəsinin itkin müraciəti üzərində iş başladıb. Rayonda çörək sexi işlədən Bahri Maraşlı ilə münasibətdə olduğu iddia edilən Fatma Özün son olduğu yerlər araşdırılıb, telefon nömrəsindən texniki təqib edilib.
Ailəsi Fatma Özü tapmaq üçün televiziya proqramına çıxıb. Proqrama Özlə münasibətdə olduğu iddia edilən Bahri Maraşlı da qatılıb. Maraşlı xəstəxanada müalicə olunarkən Fatma Özü tapança ilə öldürdüyünü və rayonun Kavak ərazisi yaxınlığındakı köhnə mərmər karxanasında basdırdığını etiraf edib. Bunun üzərinə hərəkətə keçən polis əməkdaşları, Maraşlının ifadəsi əsasında bölgədə aparılan axtarış zamanı Fatma Özün daşla örtülmüş cəsədini tapıb. Yarılmadan sonra Özün cənazəsi ailəsinə təhvil verilərək torpağa tapşırılıb. Bahri Maraşlı həbs edilib.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB